Baş redaktor Ramil Usubova və Zakir Qaralova müraciət etdi

 

96

Agcabədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzin müdiri «Poliqoin» İnformasiya Agentliyinin (pia.az) baş redaktoru Azər Qaramanlını və redaksiya heyətini təhdid edib

 

 
«Poliqoin» İnformasiya Agentliyinin (pia.az) baş redaktoru Azər Qaramanlı Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova müraciət edib. Bu barədə baş redaktor bu gün PİA.AZ-a verdiyi açıqlamsında bildirib.
Baş redaktorun bildirdiyinə görə Daxili İşlər nazirinə və Baş prokurora müraciətinin səbəbi 051 749 33 33 nömrəli telefondan aldığı təhdidlə bağlı olub:
«Bir neçə gün bundan əvvəl saytımıza daxil olan şikayət əsasında Agcabədi Əhalinin Sosial Müdafiə Mərkəzində sosal yardım alanlardan 3 aylıq yardımın əvvəlcədən tələb olunması barədə yazı dərc etmişdik. Yazı dərc olunduqdan sonra Mərkəzin rəhbəri Əbülfət Qasımov redaksiyanın əlaqə nömrəsinə zəng edərək məndən yazını yazan jurnalistin adını tələb edib və təhdidlər yağdırıb. Mən öz növbəmdə Mərkəzin rəhbərindən onların mövqeyini verməyə hazır olduğumuzu və həmçinin qarşı tərəfin məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişəm. Lakin Əbülfət Qasımov ikinci dəfə mənə zəng edərək bu məsələni belə buraxmayacağını bildirərək redaksiya üzvlərini təhdid edib.
Bundan bir gün sonra isə, mən gecə sentyabrın 6-də gecə saatlarında redaksiyaya məxsus 055 42316 27 nömrəli telefona 051 749 33 33 nömrəli telefondan təhdid və söyüş dolu sms daxil olub. Qeyd edək ki, dünən və srağagün şənbə və bazar günlərinə təsadüf etdiyindən həmin sms barədə ancaq bu gün xəbər tutumuşuq.
Həmin sms-də 051 749 33 33 telefonun sahibi Agcabədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzin müdiri Əbülfət Qasımov haqqında yazı verdiyimizə «cəsarət» etdiymizə görə PİA.AZ-ın baş redaktorunu və redaksiya heyətini ağır söyüşlərlə təhqir  və təhdid edib. Həmçinin nömrə sahibi bildirir ki, «Siz nə haqqla Əbülfət Qasımov haqqında yazı yazırsınız. Siz hələ bilmirsiniz ki, kimə sataşmasınız».
Biz öz tərəfimizdən bildirilik ki, bizim heç kimə sataşmaq fikrimiz olmayıb. Biz sadəcə məlum səbəb üzündən anonim qalmasını istəyən şikayətçinin sosal haqqını dilə gətirmişik. Hansı ki, Əbülfət Qasımov kimi məmurlar yüzlərlə,minlərlə insanımızın, vətəndaşmızın hər gün haqlarını tapdalalayır. Biz haqlarının qorunması gərəkən insanımızın yanındayıq və həmişə də haqları tapdanan insanlarımızın yanıda olmaqda davam edəcəyik. Lakin belə çıxır ki, dövlətin pulları və məzlum insanların haqlarını mənimsəmək yolu ilə özlərinə cah-cəlal yaradan Əbülfət Qasımovlar doğurdan artıq öz «qudurğanlıqlarını» ört-basdır edə bilmirlər və özlərini tamamilə toxulumaz hesab edirlər.
Bu gün mən saytımızın redaktoru Tural Aslanlı birlikdə Nərimanov rayon polis şöbəsində oldum. Təhqir və təhdidlə bağlı şikayət ərizəsi vermişəm. Şikayətinmdə bizi ağır şəkildə təhqir edən və şəxsimizə təhdidlər yağdıran 051 749 33 33 telefonun sahibinin müəyyənləşdirilməsini və cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişəm.
Həmçinin Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova müraciət etmişik və biz mətbuat vasitəsi ilə bir daha Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova müraciət edirik. Agcabədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzin müdiri Əbülfət Qasımovdan və onun «qoçularının» PİA.AZ-ın redaksiya heyətinə qarşı təhdidlər və təhqirlər yağdırdığını nəzərə alaraq hüquq-mühafizə orqanlarından təhlükəsizliymizin təmin olunmasını və Əbülfət Qasımova rəsmi xəbərdarlıq edilməsini xahiş edirik».
Baş redaktor onu da bildirib ki, keçmiş nazir Füzuli Ələkbərovun çox saylı şikayətlərlə əlaqədar olaraq Əbülfət Qasımovu Agcabədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzin müdiri vəzifəsindən azad edib. Lakin Səlim Müslümov nazir təyin olunduqdan sonra Əbülfət Qasımov yenidən Agcabədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin müdiri vəzifəsinə təyin olunub. Hazırda Agcabədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzində açıq bazar fəaliyyət göstərir və sosial yardım almaq istəyənlərdən 3 ayoıq sosial yardım pulu əvvəlcədən istənilir.
Bundan başqa baş redaktor onu da bildirb ki, yaxın günlərdə Əbülfət Qasımovun korrupsirner fəaliyyəti ilə bağlı, həmçinin kiçik rayon məmurunun sərvəti barədə ciddi faktlar ortada qoyacaqlar və məhkəmə vasitəsi ilə Əbülfət Qasımovun korrupsioner fəaliyyətini sübut edəcəklər.
pia.az