Başına su tökənlər buna baxıb utanacaq (VİDEO)

Son günlər məşhurların da dəstək verdiyi ALS xəstəliyinə diqqət çəkmək və ondan əziyyət çəkənlərə ianə toplamaq üçün həyata keçirilən “Buzlu su” kampaniyası artıq bir çox insanlar arasında əyləncəyə çevrilib. Lakin onlardan fərqli olaraq, bu kampaniyanın məqsədini başqa yönə dəyişmək və dünya ictimaiyyətinə görmək istəmədikləri reallıqları göstərmək istəyən fəallar da var.

XALQ.AZ-ın məlumatına görə, İordaniyada yaşayan bir gənc “Buzlu su” kampaniyasına qarşı çıxaraq maraqlı addım atıb. O, “kampaniyanın şərtlərinə görə, xəstəliyi hiss emtək üçün ya başına buzlu su tökməlisən, ya da 1000 dollar ianə verməlisən” fikrini tənqid edərək, “məgər o xəstəliyi hiss emətk üçün mütləq başımıza su tökməliyik?” deyə sual verib.

“Qəzzada uşaqların başına evlər uçur, amma heç kim onlar üçün bir addım atmır. Bu da Qəzzadakı uşaqların hiss etdiyidir.” – deyərək o vedrədəki daş və torpağı başından aşağı töküb. O düşünür ki, başına buzlu su tökənlər buna baxıb utanacaq.

Qeyd edək ki, “Amyotrofik lateral skleroz (ALS)” xəstəliyi üçün təşkil edilən yardım kompaniyasına dünya ulduzları ilə yanaşı, yerli şou-biznesin nümayəndələri də qatılıb.