Başqaları kimi ailə qurmaram

2

 

 

Müğənni Natavan Həbibi sevgilisi olduğunu etiraf edib.

Xalq.az -ın məlumatına görə, sənətçi “ATV maqazin” verilişinə açıqlamasında solo konsert verdikdən sonra toy haqqında düşünməyə başlayacağını bildirib:

“Son günlər övladımın olacağı, gizli ailə qurmağımla bağlı yayılan xəbərlər sadəcə şayiədir. Amma etiraf edim ki, sevirəm və sevilirəm. Toy da olacaq. Mən bu həyatda düzgün yoldayam. Çünki ətrafımda səmimi dostlarım yığışıb. Toya gəldikdə isə, bunu solo konsertim olduqdan sonra düşünəcəyəm. Bir çox məqamlar var ki, onların olmaması üçün çox fikirləşməliyəm. Bu nikahda hər şey mənim istədiyim kimi olmalıdır. Başqaları kimi ailə qurub, tez də dağılmasını istəmirəm”.

Scroll to top