“Bayılda sakinlər siyahıya alınıb” – İcra Hakimiyyət

Bayıl sürüşmə zonasında evi olan sakinlər siyahıya alınıblar.

XALQ.AZ  xəbər verir ki, bunu report-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

O bildirib ki, artıq siyahıya alınma başa çatıb: “Kimin ailəsində neçə nəfərin olması, məktəbdə yerləşdirilən vətəndaşların sayı dəqiqləşdirilib. Müvafiq prosedurlar yekunlaşan kimi biz işin icrasına başlayacağıq”.

RƏSUL