Bayrağımız Ginnesin Rekordlar Kitabına düşə bilər

 

533

 

Bayrağın uzunluğu 70 metr olub.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsindəki ilk oyununda açılan Azərbaycan bayrağı Ginnesin Rekordlar Kitabına düşə bilər.

XALQ.AZ ANS PRESS-ə istinadən məlumatına görə, stadionun tribunalarında dövr edən Azərbaycan bayrağının uzunluğu 70 metr olub. Respublika stadionundakı azarkeşlər isə bayrağı başları üzərində daşıyıblar.

İndiyə kimi futbol stadionlarında açılan ən böyük bayraqlardan biri Rusiyada qeydə alınıb. 1040 kv. metr olan bayrağın 130 kiloqram çəkisi olub. Rusiya bayrağının ölçüləri isə 40 metr uzunluğunda və 26 metr enində olub. Stadionda olan Ginnesin komissiya üzvləri isə bayrağı ölçərək onu rekordlar kitabına daxil ediblər.

Ancaq “Qarabağ”ın Avro Liqadakı oyunu zamanı açılan böyük bayraq ölçülərinə görə bu göstəricini qabaqlayır. Əgər rəsmi olaraq təsdiqlənərsə Azərbaycan bayrağı futbol tribunalarında açılan ən böyük bayraqlardan biri olaraq tarixinə düşə bilər.