Bayram namazı qılınıb

Bu gün Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb.

XALQ.AZ xəbər verir ki, saat 08.00-da “Əjdərbəy” məscidində, saat 09.00-da isə “Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb.

“Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır.

 

 

Orxan