Baytarlıq xidməti leş ətə rəy verdi

 

9

Bölgələrdən gətirilən leş ətləri dönərxanalara satılır

Bölgələrdə iri buynuzlu heyvanlar arasında yayılmış binyavur xəstəliyi başa alıb gedir. Respublikanın 41 rayonunda qeydə alınan virus fermerlərə ciddi ziyan vurub. Xüsəsən fermerlər bölgələrin baytarlıq xidmətlərinin əməkdaşlarında şikayətlənirlər. Xalq.az verilən məlumata görə bir necə rayonların baytarlıq xidmətləri xəstə heyvanlara sağlam rəy verərək  içtimayyətdən rəqəmləri gizlədilməsini calışırlar. Dövlət baytarlıq xidmətinin rəisi Siyalə Rüstəmova KİV-nə verdiyi açıqlamaya görə virus  220 min baş heyvan yoluxsada bir neçə gün əvvəl nazir İsmət Abbasov bu gün 905 heyvan üçün müalicə profilaktik işlər aparıldığını söylədi. Amma bu gün xəstə heyvanların sayı minlərlədir.  Rəis Siyalə Rüstəmova 3 gün ərzində 220 min virusa yoluxmuş heyvaları operativ sürətdə mualicə etdirtdi?  Bu açıqlama çox absurd bir açıqlama idi, çunki fermerler ardı arası kəsilməyən şikayət məktublarında bildirirdilər ki, dövlət baytarlıq xidmətinin əməkdaşları xəstə heyvalara baxmaq üçün 30-50 manat arası pul tələb edirlər, dərmanlaın  qiymətləri isə süni şəkildə qaldırılıb.

Belə ki, keçən yazımızda da bildirmişdi ki, bölgələrdə fermerlər çətinliklərlə üzləşirlər.   Dövlət baytarlıq xidmətin müraciət etmələrinə baxmayaraq süni qiymət artımı baytarlıq ximətinin rəisinə münasibdir. Fermerlər xəstə heyvana görə baytarlara 30-50 manat pul vermələrinə baxmayaraq virusun qarşını ala bilmirlər. Tələf olmuş heyvanlara isə rəy verərək bazarda satışına icazə verilir. Dövlət Baytarlıq xidmətinin rəisi Siyalə Rüstəmova digər açıqlamasında bildirki yetərli qədər dərman preparatı yoxdur və xaricdən gətirilməsi gözlənilir. Nəticə etibarı ilə fermerler güzəştli kreditlərlə sahib olduqları təsərrufatlarını məhv edilməsi prosesi aparılır. Görünür bu Baytarlıq Xidmətinin fəaliyyətinin səriştəsizliyindən irəli gəlir.Xalq.az-a verilən məlumatlara görə tələf olunmuş heyvanların leş ətləri paytaxda və Respublikanın digər şəhərlərində dönərxanalara satılır. Ölkə başçısı İlham Əliyevin səyi nəticəsində bölgələrdə fermerler güzəştli kreditlərdən yararlanaraq  təsərrufatlarını genişləndirirlər. Lakin göründüyü kimi, bu irimiqyaslı lahiyələrə maneçilik yaradanlar var.

 

P.S. Tələbələr dönəri baykot edin görək  binyavirus xəstəliyi nə qədər fermerə ziyan vurub.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq.