“Bazarstore”-də aldanmayın

 

bazar

“Bazarstore” supermarketlər şəbəkəsindən növbəti dəfə şikayət var.

XALQ.AZ xəbər verir ki, alıcı İsmayıl Cəbrayılov marketdə eyni məhsulun kassaya 2 dəfə vurulduğunu iddia edir:

““Bazarstore”dan bu gün evə alış-veriş edib qayıdandan sonra görürəm ki, bir şeyi (Ariel rəngli avtomat) iki dəfə vurublar, özü də 10.79 AZN dəyərində. Günahlarına girmək istəmirəm, yəqin ki, texniki səhv olub. Böyü ehtimalla vəsaiti də qaytaracaqlar. Amma məni düşündürən odur ki, sistem eyni malı iki dəfə vurmağa niyə icazə verir?

İkincisi də, tutaq ki mən bunu görməsəydim, özləri zəng edib deyəcəkdilərmi ki, “Hörmətli müştəri, siz artıq ödəmisiz, bunu qəbul edə bilmərik. Sizcə, deyərlərmi?!”

 

“Bazarstore”dan şikayət -  Kassada diqqətli olun!

Qafqazinfo