Beynəlxalq bankda dəyişiklik

bank1
Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiyadakı törəməsi olan “ABB-Moskva” MMC-nin Müşahidə Şurasına yeni təyinat baş verib.
XALQ.AZ APA-ya istinadən xəbər verir ki, Aqşin Əmirov Şuraya üzv təyin olunub.
O, bu vəzifəyə martın 13-də təyinat alıb. Qeyd edək ki, A.Əmirov ötən ilin dekabr ayının 27-dən etibarən ABB-nin İdarə Heyəti sədrinin müavinidir. Bunadək bankir “Bank Respublika” ASC-də analoji vəzifəni tutub. ABB-nin Problemli kreditlərlə iş, Struktur bölmələrlə iş və Risklərin idarə edilməsi departamentləri A.Əmirovun kurasiyasındadır.
“ABB-Moskva”nın Müşahidə Şurası ümumilikdə 3 nəfərdən ibarətdir.
Şuranın yeni sədri Zaur Qaraisayevdir. A.Əmirov kimi, o da martın 13-də yeni vəzifəsinin icrasına başlayıb. Bunadək Z.Qaraisayev “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
Yeri gəlmişkən, Z.Qaraisayev hətta bir müddət müvəqqəti olaraq “Bank of Baku”nun İdarə Heyətinin sədri vəzifəsini də icra edib. Bu, Abbas İbrahimovun ABB-yə transfer olunduğu dövrə təsadüf edib. Xatırladaq ki, A.İbrahimov hazırda ABB-nin İdarə Heyəti sədrinin birinci müavinidir.
“ABB-Moskva”nın saytında yer alan məlumatlara nəzər saldıqda məlum olur ki, Z.Qaraisayev hazırda həmçinin ABB-nin İdarə Heyəti sədrinin müşaviridir. Bu vəzifədə Z.Qaraisayev törəmə müəssisələrlə işi idarə edəcək.
“ABB-Moskva”nın Müşahidə Şurasının digər üzvü isə Fərid Həşimovdur. O, bu vəzifəni 2015-ci ilin dekabrın 12-dən tutur. F.Həşimov ABB-nin Struktur bölmələrlə iş departamentinin direktorudur.