“Beynəlxalq ictimaiyyət hər bir millətin təhlükəsiz yaşamasına şərait yaratmalıdır”

“Beynəlxalq ictimaiyyət hər bir insan, xalq, millət üçün təhlükəsiz yaşamağa şərait yaratmalıdır və hər insan, millət bundan bəhrələnməlidir. Bizim bundan başqa yolumuz qalmayıb”.

XALQ.AZ xəbər verir ki,  bunu Milli Məclisin sədr müavini Bahar Muradova “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 18 iyun bütün ölkələrdə Insan Hüquqları Günü kimi qeyd edilir: “Lakin çox təəssüf ki, insan hüquq və bərabərliyinin təmin olunmasını nəzərdə tutan beynəlxalq sənədin nəzərdə tutduğu müddəaları yerinə yetirməli olan ayrı-ayrı təşkilatlarlar, beynəlxalq ictimaiyyət bu müddəaları yerinə yetirmir. Çox təəssüf ki ki, biz getdikcə belə hallarla daha çox qarşılaşırıq. Bu gün dünyada milyonlarla qaçqınlar bu günü qeyd etməyə məcbur olurlar. Bu günün qeyd olunmasının vacibliyi beynəlxalq təşkilatlara bir daha onu göstərir ki, insanlar öz ölkələrində, yaxud da sərbəst şəkildə seçdikləri ölkələrdə heç bir dini, irqi fərq qoyulmadan öz hüquqlarını reallaşdıra bilməli, bir ölkədə qəbul olunmuş qaydalar digər ölkədə keçərli olmalıdır”.

 

 

Orxan