Biləsuvar Gömrüyündə əməliyyat

gomruk_postu_00

 

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satılması, satış məqsədilə saxlanması barədə əməliyyat məlumatı daxil olub.

XALQ.AZ-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Əliyev Səfa Orucəli oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 90 CM 062 dövlət qeydiyyat nişanlı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb. Avtomobilə baxış zamanı, yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 10 min 600 ədəd – “M1”, “Manchester”, “Royal”, “Bıstoon” və “De Santıs” adlı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.