Biləsuvarda yarımillik hesabat

 

4

 

Biləsuvar rayonunda 2014-cü ilin birinci yarısının  yarısının  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Mahir Quliyev, Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Vəfadar Bağırov, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və  bələdiyyə sədrləri, ziyalılar və KİV nümayəndələri iştirak etdilər.
İclası giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin  başçısı Mahir Quliyev gündəlikdə duran  “Biləsuvar rayonunda 2014-cü ilin  birinci yarısının sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə” məlumat verdi və məruzə etmək üçün sözü rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədova verdi.
X.Məmmədov  bildirdi ki Respublikamızın bölgələrində olduğu kimi, rayonumuzda da son illər, eləcə də 2014-cü ilin birinci yarısında əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir.
2014-cü ilin birinci yarımilində yerli gəlirlər  7.6 milyon  manata qarşı 8.2 milyon manat  və ya 108 faiz yerinə yetirilmişdir. Yerli xərclər isə  7.6 milyon manata qarşı 7.9  milyon manat  və ya 104  faiz icra edilmişdir.
Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi  116.2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 45.1 milyon, tikintidə 39.8 milyon, ticarətdə  24.8 milyon, sənayedə 5.0 milyon, nəqliyyatda 1.2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Cari ilin birinci yarısında əsas  kapitala yönələn  investisiyalar 40.3 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 70.9 milyon manat təşkil etmişdir.Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1206 manat, orta aylıq əməkhaqqı isə 270  manat olmuşdur. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, altı ay ərzində rayonda  45  fərdi ev tikilmişdir. Ölkəmizdə 2014-cü ilin “Sənaye ili”elan olunması ilə əlaqədar rayonumuzda da bu istiqamətdə bir sıra işlər görülmüşdür. Bu məqsədlə rayonda   müasir sənaye məhəllələrinin yaradılması üçün  10 hektar ərazi ayrılmışdır.Birinci yarımildə rayonda sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 58 sahibkarlıq subyektinə 600 min  manat kredit verilmişdir.Görülmüş işlər nəticəsində  660  yeni iş yerləri açılmışdır. 2014-cü ilin birinci yarımilində   ailə üzvlərinin sayı 7712 nəfər olmaqla 1517 ailə ünvanlı dövlət sosial yardımı almışdır. Rayon üzrə hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğı 120  manat təşkil etmişdir.
X.Məmmədov qeyd etdi ki, 2014-cü ilin birinci yarımilliyində Biləsuvar rayonu ərazisində tikinti və abadlıq sahəsində də xeyli işlər görülmüşdür. Belə ki,    1176 şagird yerlik Ağalıkənd kənd  və 220 şağird yerlik Amankənd kənd tam orta məktəbləri  tikilib istifadəyə verilmiş,   640 şağird yerlik Xırmandalı kənd 2 saylı tam orta məktəbinin, 450 şağird yerlik Aşağı Cürəli kənd tam orta məktəbinin tikintilərində son tamamlama işləri aparılır. Biləsuvar rayon Toxumçuluq idarəsi üçün inzibati binanın tikintisi başa çatdırılmış, Dövlət Sosial Müdafiə Fondunun  rayon şöbəsinin inzibati  binasının, C.Cabbarlı küçəsində 100 yerlik, M.A.İbrahimov küçəsində 200 yerlik uşaq bağçalarının, rayonun Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri və rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir işləri davam etdirilmişdir. Şəhərin Heydər Əliyev küçəsində 2013-cü ildə ğörülmüş işlərin davamı olaraq yolun genişləndirilməsi,  hasarların tikintisi, kommersiya obyektlərinin  aqlay daşları ilə üzlənməsi, bordyurların düzülməsi, səkilərə üzlük plitələrin döşənməsi və  işıqlandırma sisteminin quraşdırılması işləri davam etdirilir.
Natiq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust  2013-cü il tarixli 3055 saylı Sərəncamı ilə  inşasına başlanılan və 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 km uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunda   torpaq yatağının, süni suötürücü qurğuların, yol əsasının və asfalt örtüyünün tikintisi başa çatdırılmışdır.Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 07 sentyabr 2013-cü il tarixli 3123 saylı digər Sərəncamı ilə inşasına başlanılan və 10 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunda isə torpaq yatağı, yol əsası və süni su ötürücü qurğuların tikintisi başa çatdırılmış, hazırda uzunluğu 81,0 metr olan körpüdə tikinti işləri davam etdirilir.
Əhalinin təbii qazla təmin edilməsi istiqamətində də son illər nəzərə çarpacaq işlər görülmüşdür.  Təkcə  2013-cü il ərzində rayonun   4 kəndi  təbii  qazla   təmin   olunmaqla ümumilikdə rayon üzrə   1 şəhər  və   18  kənd qazlaşdırılmışdır. Biləsuvar  şəhərinin içməli su  sisteminin  yenidən  qurulması istiqamətində işlər  başa çatdırılmışdır. Hazırda abonentlərə suyun verilməsi işləri görülür. Kanalizasiya    sisteminin   tikintisi  işləri isə davam etdirilir.
Ölkə başçısının aqrar sahənin inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə göstərdiyi ciddi diqqətin nəticəsidir ki, bu gün respublikamızda aqrar baza formalaşmış, ölkə əhalisinin ərzaq məhsulları ilə təminatında daxili istehsal yüksəlmiş, ixrac yönlü məhsulların çeşid və həcmi artmışdır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi aqrar sahənin inkişafına böyük təkan  vermiş, bu sahədə çalışanlara əlverişli  şəraitin yaradılmasına səbəb olmuşdur.
Aqrar sahədən danışarkən X.Məmmədov qeyd etdi ki, rayonun iqtisadiyyatının əsasını kənd  təsərrüfatı məhsulları istehsalından  gələn gəlirlər təşkil edir və əhalinin məşğulluğu əsasən bu sahə ilə bağlıdır. Cari ilin birinci yarısında   aqrar sahədə ümumi məhsul istehsalının həcmi 45.1 milyon manat təşkil etmişdir ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 16.7  faiz çoxdur.
2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 25697 hektar sahədə dənli bitkilər əkilmişdir ki, bundan 11050 hektarı buğda, 14647 hektarı isə arpadır.Yazlıq əkinlər üçün 18616  hektar əkin aparılmışdır.
Bakı şəhər   əhalisini  ucuz  və keyfiyyətli kənd  təsərrüfatı  məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan  yarmarkalarda  Biləsuvar  rayonunun  fermerləri  də yaxından iştirak etmişlər. 2014-cü ilin 6 ayı ərzində  yarmarkalara  456 tondan  çox   müxtəlif  növ kənd  təsərrüfatı  məhsulları göndərilmişdir.
X.Məmmədov rayonda 2014-cü ilin birinci yarımilində Təhsil, səhiyyə və mədəniyyət sahələrində də uğurlu addımlar atıldığını bildirdi, gənclərlə işin yaxşılaşdırılması, onların fəallığının  və  təşəbbüskarlığının  artırılmasının   daim diqqət mərkəzində saxlanıldığını qeyd etdi.
O, bildirdi ki, 2013-2014-cü tədris ilində  rayonumuzun ümumtəhsil məktəblərini 965 məzun bitirmişdir. Onlardan 922 nəfəri attestat almış, 440 nəfəri tələbə adını qazanmaq üçün  qüvvəsini sınayır. Ölkə Prezidenti  cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun  və İSESKO-nun  xoşməramlı  səfiri Mehriban xanım Əliyevanın  Təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqətin  rayonumuzda da  öz  müsbət nəticələrini verməkdədir. Son illər rayonumuzda  11 yeni məktəb tikilmiş  5 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunaraq istifadəyə  verilmişdir.Təhsil ocaqlarının  informasiya kommunikasiya texnologiyaları ilə  təminatı da   yaxşılaşdırılmış,  məktəblərdə  komputerlərin sayı 385-ə  çatdırılmışdır.Rayonumuzdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının   tapşırığına uyğun olaraq  Respublika Təhsil Nazirliyi  tərəfindən  müəyyən edilmiş  “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın  qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları  müstəqil Azərbaycanın  sosial-iqtisadi  inkişafının   təminatçısıdır” mövzuları üzrə  ümumtəhsil məktəblərinin  11-ci sinif şagirdlərinə  keçirilən  tarix  dərsləri  uğurla başa  çatmış,  925 nəfər  11-ci sinif şagirdi Ulu Öndərin həyat və zəngin siyasi fəaliyyətini  öyrənmişdir. Dərs məşğələləri zamanı müdrik liderin həyat və siyasi fəaliyyətini əks etdirən video-görüntülərdən, müxtəlif əyani vəsaitlərdən və digər təbliğat xarakterli  vasitələrdən istifadə olunması  şagirdlərdə böyük maraq  doğurmuşdur.Hazırda bütün ümumtəhsil məktəblərində  2014-2015-ci tədris ilinə hazırlıq işlərinə başlanılmışdır.
Rayonumuzda əhalinin sağlamlığının  qorunması, onlara göstərilən tibbi xidmətin keyfiyyətinin  yaxşılaşdırılması da səhiyyə işçilərinin  daimi diqqət mərkəzindədir.
Səhiyyə  ocaqlarının  maddi-texniki bazası  ilbəil  möhkəmlənir.  Son illərdə rayonun 6  kəndində müasir tələblərə  cavab  verən  yeni səhiyyə ocaqlarının  tikilib  istifadəyə  verilməsi tibbi xidmətin  keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur.
Ölkə  Prezidenti  cənab İlham Əliyevin “Biləsuvar rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı  tədbirlər  haqqında” 07 sentyabr 2013-cü il tarixli Sərəncamı  rayon əhalisi  və çoxsaylı  tibb işçiləri tərəfindən  dərin razılıq  hissi ilə qarşılanmışdır.  Hazırda Mərkəzi Xəstəxanada əsalı  təmir işləri davam etdirilir.
Ölkə  Prezidenti  cənab İlham Əliyevin əhalinin  tibbi  müayiədən keçirilməsi ilə  bağlı  tapşırıq  və  tövsiyyələrinə uyğun olaraq  rayonumuzda da  bu kompaniya uğurla  başa  çatmışdır.  83.398 nəfər tibbi  müayinədən keçmişdir ki, bu da rayon əhalisinin 87,1 %-ni təşkil edir.  Tibbi müayinənin  nəticələrinə  görə 2347 nəfər ambulator,180 nəfər stasionar müalicəyə cəlb olunmuş, 195 nəfər respublikanın  müxtəlif  təyinatlı  tibb ocaqlarına  göndərilmişdir.
Açılışında  möhtərəm Prezidentimizin  iştirak etdiyi  Heydər Əliyev Mərkəzinin istifadəyə  verilməsi rayonumuzun mədəni həyatında mühüm hadisəyə  çevrilmişdir. Hazırda  bu Mərkəz  rayon ziyalılarının, Gənclərin hər gün müraciət  etdikləri  əsl mədəni mərkəzdir.
Son aylar Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nigah mərasimlərinin  təntənəli keçirilməsi artıq ənənəyə çevrilmişdir. İndiyədək Mərkəzdə 30-dan çox  təntənəli  nigah  qeydə alınmışdır.
Biləsuvar rayon Su kanal idarəsinin rəisi Sərxoş Səidov, rayon ƏƏSMM-nin direktoru Xalid Rüstəmov, Suvarma Sistemlər İdarəsinin rəisi Ədalət Babayev  və digərləri çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə  məlumat verdilər, problemlərin aradan qaldırılması yolları müzakirə olundu.
Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev rayonda görülən işlərlə bağlı öz fikirlərini bildirdi, ayrı-ayrı sahələr üzrə yaranan  problemlərin həlli barədə aidiyyəti şəxslərə öz tövsiyyələrini verdi.M.Quliyev bütün Biləsuvarlılar adından  Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevi, Prezident Administrasiyasını əmin etdi ki,    Biləsuvarlılar həmişə olduğu kimi ölkə rəhbərinin yüksək diqqət və qayğısına minnətdarlıqla yanaşaraq, respublikamızın hərtərəfli inkişafı, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi kimi müqəddəs işə bundan sonra da öz layiqli töhfələrini verəcəklər.
Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Vəfadar Bağırov çıхış еdərək rеspublikаmızın bütün sаhələrində gеdən dinаmik inkişаfdаn, “Rеgiоnlаrın sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmı”ndаn irəli gələn vəzifələrin uğurlа həyаtа kеçməsindən ətrаflı dаnışdı, sоnrа Biləsuvarın rеspublikаnın digər bölgələrin kimi dаhа dinаmik inkişаf və tərəqqi еtdiyini diqqətə çаtdırdı, rayonda  аpаrılаn tikinti, quruculuq və аbаdlıq işlərinə yüksək qiymət vеrdi.
Sonda iclas iştirаkçılаrı adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə Müraciət ünvаnlаndı.