Biləsuvarda zirvə toplantısı keçirildi

31

Biləsuvar rayonunda Yeniz Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kompaniyası ilə əlaqədar seçicilərlə zirvə görüşü keçirilib. Dörd mindən artıq insanın iştirak etdiyi görüş çox böyük təntənə və ruh yüksəkliyi ilə müşayiət olunub.

Zirvə görüşünü YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq Biləsuvar sakinlərini salamlayıb və bildirib ki, bu gün buraya yığışmaqda məqsədləri ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə öz dəstəklərini bildirmək və onunla bir olduqlarını nümayiş etdirməkdir: “Ölkə Prezidentinin apardığı abadlıq və quruculuq işləri hamımızın gözü qarşısındadır. İnsanların sosial rifah halının yaxşılaşması, elm, təhsil, mədəniyyət sahəsində çox uğurla həyata keçirilən siyasət bütün Azərbaycan xalqı kimi Biləsuvar əhalisini də razı salır.

Əziz biləsuvarlılar, cənab İlham Əliyev hər bir azərbaycanlı kimi biləsuvarlıların da ən yaxın dostu və qayğıkeşidir. Bunu ölkə Prezidenti cənab İlham Əliyevin 4 sentyabr 2013-cü ildə Biləsuvar rayonuna etdiyi tarixi səfəri də sübut edir. Ona görə də 9 oktyabrda keçiriləcək prezident seçkilərində bütün Biləsuvar seçicilərini məhz İlham Əliyevə səs verməyə çağırıram. İlham Əliyevə səs vermək xoşbəxt gələcəyə səs vermək deməkdir”.

Zirvə görüşündə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov çıxış edərək deyib ki, İlham Əliyevin son 10 ildə hakimiyyəti dövründə Azərbaycan dövləti Avropaya və dünyaya çox yüksək inteqrasiya edib: “Ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirən cənab İlham Əliyev dünyanın ən nüfuzlu və güclü siyasi liderdir. Mən bütün biləsuvarlıları 9 oktyabrda keçiriləcək seçkilərdə İlham Əliyev cənablarına səs verməyə çağırıram”.

Görüşdə Filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin kafedra müdiri Fikrət Cahangirov çıxış edərək deyib ki, 10 il ərzində ölkəmizdə gedən inkişaf hamımızın gözünün qabağındadır: “Ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi sosial və mədəni gücə çevirməyə bacarmışdır. İndi dünya Azərbaycan modelindən yararlanmağa çalışır. Bütün bu inkişaf ölkə Prezidenti cənab İlham Əliyevin apardığı çox uğurlu siyasətin nəticəsidir. Bunları bundan sonra daha da davam etdirmək üçün, sizin hər birinizi prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıram”.

Zirvə görüşündən sonra Respublikanın incəsənət xadimləri böyük konsert proqramı ilə çıxış ediblər.

32 33 34 35