Binəqədi rayonunda 2 ev yandı

Yandi-1

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan (hər mərtəbəsi 100 kv.m) 3 mərtəbəli fərdi evdə yanğın baş verib.

XALQ.AZ-ın məlumatına görə, 2-ci mərtəbənin bir otağında 3 kv.m sahədə döşəmə, televizor və kondisioner yanıb.

Ev yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi isə vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evdə qeydə alınıb.

Hadisə zamanı ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik yerləşən digər vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.