Binəqədidə seçki nəticələri belə qeyd olundu – Fotolar

Binəqədi sakinləri İlham Əliyevin yenidən prezident seçilməsini Heydər Əliyev adına istirahət parkında “İlhamla İrəli!” adlı konsert proqramı ilə qeyd ediblər.

XALQ,AZ xəbər verir ki, nəticələr elan edildikdən sonra YAP Binəqədi rayon təşkilatının fəal gənclərinin iştirakı ilə qələbə tortu kəsilib.

Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının təşkilatçılğı ilə baş tutan tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov xoş xəbəri tədbir iştirakçılarına çatdırıb və bu möhtəşəm qələbəni tarixi gün adlandırıb. O, əmin olduğunu bildirib ki, qarşıdakı 7 il ərzində ölkəmiz İlham Əliyevin rəhbərliyi  ilə daha böyük nailiyyətlərə imza atacaq.

Tədbir tanınmış estrada ulduzlarının ifasında möhtəşəm konsert proqramı ilə davam edib.

Tədbirin sonunda üzərində “İlhamla İrəli” şüarı əks olunmuş maşın və motosikletlərdən ibarət yürüş və atəşfəşanlıq baş tutub.

Elgün