Türkiyədə valyuta ehtiyatları azaldı

Turkiye Cumhuriyet merkez bankasi binasi

 

Ötən həftə Türkiyə Cümhuriyyət Mərkəzi Bankının (TCMB) rezervlərinin həcmi 6 milyard 501 milyon dollar azalaraq  112 milyard 444  milyon dollar təşkil edib.

XALQ.AZ Bloomberg-ə istinadən xəbər verir ki, 1 dekabra Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 495 milyon dollar azalaraq 89 milyard 855 milyon dollar olub. Bu rəqəm 24 noyabrda 96 milyard 350 milyon dollar təşkil edirdi. Hesabat dövründə qızıl rezervləri 6 milyon dollar azalaraq 22 milyard 595 milyon dollardan 22 milyard 589 milyon dollara düşüb.

Beləliklə, Mərkəzi Bankın rezervləri 1 həftədə 118 milyard 945 milyon dollardan 112 milyard 444 milyon dollara düşüb.

Həbib

Scroll to top