Bir ola bilməyəcəklər

86

 

 

Cavanşir Paşazadə: “Artıq tərəfdarları da onlardan üz döndərib”

“Müxalif qüvvələrin Milli Şura daxilində növbəti konflikti göstərdi ki, bu qüvvələr heç zaman bir yerdə ola bilməzlər”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə Müsavat və AXCP arasındakı ziddiyyətlərdən danışarkən belə deyib.

Onun sözlərinə görə, Müsavat və AXCP liderləri öz şəxsi maraqlarını həyata keçirmək uğrunda mübarizə aparırlar: “İstər son, istərsə də bundan öncəki seçkilər aydın şəkildə ortaya qoydu ki, radikal müxalifət liderləri seçkilərə öz maddi maraqlarını təmin etmək aspektindən yanaşırlar. Çünki özləri də bilirlər ki, cəmiyyət onları dəstəkləmir. Bu səbəbdən hər seçkini fürsət bilib, daha artıq pul qazanmağa çalışırlar. Seçkisonrası isə qrant və təlimat aldıqları dairələr onlardan hesabat tələb edirlər. Qarşılıqlı ittihamlar yolu ilə məsuliyyətdən yaxa qurtarmaq və özülərini “təmizə çıxarmaq” niyyəti güdürlər. Onlar artıq nəinki cəmiyyətdə, azsaylı tərəfdarları və hamiləri qarşısında belə etimadı itiriblər”.