Bir oyunda 31 penalti zərbəsi (VİDEO)

İngiltərədə kubok matçında azarkeşlər 31 qol izləyib.

XALQ.AZ-ın məlumatına görə, İngiltərə Liqa kubokunda keçirilən “Liverpul” – “Midlsbro” matçında gərginliyi ilə yadda qalıb. Əsas və əlavə vaxtda qalib müəyyənləşməyib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunun əlavə vaxtında da hər komanda hərəyə 1 qol vurulub və 120 dəqiqə 2-2 bitib. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Penaltilər seriyası isə xeyli uzanıb. Belə ki, komandalar hərəyə 15 penalti yerinə yetiriblər. Yekunda da “Liverpul” 14:13 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. Hər iki komandanın heyətində 4 futbolçu penaltini 2 dəfə yerinə yetirib.

Qeyd edək ki, əlavə vaxtda “Midlsbro” cavab qolunu penaltidən vurduğundan ümumilikdə matçda 31 penalti zərbəsi yerinə yetirilib.