Birinci vitse-prezidentdən qaziyə dəstək

Qarabağ qazisi Kamil Musəvini narahat edən protezi yenilənib.

XALQ.AZ məlumat verir ki,  bu barədə tanınmış idmançı Kamil Zeynallı yazıb. O bildirib ki, Aprel qazimiz Kamil Musəvinin ayaq protezi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə yenilənib.

“Sağ olsun Mehriban xanım, onun diqqəti sayəsində Kamil Musəvinin vətən uğrunda itirdiyi ayağını əvəz edən protez yenilənib. Azərbaycanda ilk ən bahalı protezdir, Yaponiya istehsalıdır”, – Kamil Zeynallı yazıb və Kamil Musəvi ilə birlikdə protezin fotosunu da paylaşıb.