Birinci vitse-prezidentdən yeni təyinat

Anar Ələkbərov I vitse-prezidentin köməkçisi oldu

Heydər Əliyev Fondunun icraçı-direktoru, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub.

XALQ.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, bununla bağlı rəsmi təyinat olub.

Qeyd edək ki, Anar Ələkbərov, həm də Azərbaycan Avtomobil Federasiyasının prezidentidir.