BMT-nin işçiləri həlak oldu

 

13

Mali rəsmiləri bildirir ki, yola yerləşdirilmiş bomba partlayışı nəticəsində Birləşmiş Millətlər Təşkilatının 5 sülhməramlısı həyatını itirib. 

 

“Qafqazinfo” VOA-ya istinadən xəbər verir ki, rəsmilər hadisə zamanı təşkilatın digər üzvlərinin yaralandığını deyib. Partlayış Kidal şəhəri yaxınlığında baş verib.

Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.

Bu ayın əvvəllərində eyni ərazidə BMT-nin 4 sülhməramlısı bomba partlayışı nəticəsində öldürülmüşdü.

Hücumlar Mali hökumət rəsmiləri ilə üsyançı qruplar arasında sülh razılaşması istiqamətində danışıqlardan sonraya təsadüf edib.

Malidə 2012-ci ildə hərbi çevrilişdən sonra stabillik və sülh baxımından problemlər yaşanır.