BMT-yə sivil etiraz (VİDEO)

Gənc fəalların 2013-cü ildə BMT-nin strukturunun dəyişdirilməsi üçün “Dünya 5-dən böyükdü” şüarı ilə başlatdığı hərəkat ötən gün etiraz kampaniyası kimi fəaliyyətə başladı.

XALQ.AZ-ın verdiyi məlumata görə, fəallar Nyu York şəhərində keçirdikləri mətbuat konfransı ilə kampaniyanı təqdim ediblər.

Bu kampaniyaya görə, BMT Təhlükəsizlik Şurasında verilən qərarlara 5 ölkənin veto qoymaq hüququnun dəyişdirilməsi istiqamətində islahat tələb olunur.

Qeyd edək ki, ötən gün BMT baş assambleyasında çıxışı zamanı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da dünyanın 5 (ölkə)dən böyük olduğunu ifadə etmişdi.

Hərəkatın təşkilatçıları isə kampaniyalarına maraqlı bir video çarxla start veriblər.