Boksçumuz dünya çempionu adını qazandı

22

Cavid Çələbiyev həlledici qarşılaşmada Rusiya təmsilçisi Vladimir Nikitini məğlub edib

Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı başa çatmaq üzrədir. ANS PRESS-in məlumatına görə, 56 kq çəki dərəcəsində döyüşən azərbaycanlı boksçu Cavid Çələbiyev dünya çempionu adını qazanıb. Həlledici qarşılaşmada o Rusiya təmsilçisi Vladimir Nikitini məğlub edib.

Qeyd edək ki daha bir idmançımız Məhəmmədrəsul Məcidov (+91 kq) da final döyüşündə mübarizə aparacaq. İdmançımız finalda yerli rinq ustası İvan Dıçko ilə qarşılaşacaq.


Comments are closed.