Boşanalanlar cərimə olunacaq

12

 

Rusiya baş naziri Dmitri Medvedev boşanmağa görə dövlət rüsumunun dəfələrlə artırılmasını təklif edib. ANS PRESS “İTAR-TASS” agentliyinə istinadən bildirir ki, o, bu təkliflə Federasiya Şurasında çıxışı zamanı bildirib.

Müzakirə zamanı həmin rüsumun 30 min rubla (940 dollara) qədər qaldırılması təklif edilib. Sözügedən təklif Rusiya ekspertləri tərəfindən etirazlarla qarşılanıb. Məsələn, Rusiyanın homoseksuallığın təbliğatına qarşı yönəlmiş məşhur qanunun müəllifi Yelena Mazulina bunu normal saymayıb və insanların həyatını çətinləşdirəcəyini bildirib.