Böyükağa Hacıyevin vəziyyəti pisləşdi

Bu gün infarkt keçirən, ürəyindən əməliyyat olunan “Bakı”nın və “Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin hazırda durumu ağırdır.
XALQ.AZ  xəbər verir ki, bu haqda futbolxeber.az saytına məşqçinin böyük oğlu Yusif Hacıyev məlumat verib:
Böyükağa müəllim beynindəki problemlə əlaqədar Moskvayaəməliyyata getməliydi. 1 həftə idi ki, “Modern Hospital”da palata vəziyyətində müalicə alırdıTezliklə Moskvayayollanmalıydıq. Amma bu gün qəfildən ürək ağrısı tutdu və ardınca infarkt keçirdiDərhal əməliyyat olundu, ürəyinə stendqoyublar. İndi gözləyirik ki, ürəyi normal vəziyyətinə gəlsin. Ola bilər ki, ikinci əməliyyata da ehtiyac duyulsun. Hazırda əlimizdən gözləməkdən başqa heç nə gəlmir”.