Brilliant mükafat aldı

 

2

Xalq artisti Brilliant Dadaşova Nyu-Yorkun “Master Teathre” salonunda gerçəkləşən möhtəşəm “Big Apple Worlds Award” mükafatlandırma mərasimində iştirak edib.

Xalq.az-ın məlumatına görə, müğənni iki il davamlı müsabiqəyə nominat olunsa da, bu il mükafata layiq görülüb. “Fəaliyyəti boyu dünya musiqisinə töhfələri” nominasiyası ilə təltif edilən B.Dadaşova təşkilat komitəsinin xüsusi dəvətilə layihədə iştirak edib. Xalq artisti ilə yanaşı başqa dünya şöhrətli ulduzlar Əmir Diab, Sakis Rouvas, İgor Nikolayev, Myriam Fares mükafatla təltif olunublar.

Qeyd edək ki, mərasimdə mükafat alan digər azərbaycanlı müğənni İlhamə Qasımova olub.