“Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi”

 

8

“Milli Dirçəliş günü tariximizin mühüm günlərindəndir. Tarixin bu günü Azərbaycan xalqı ayağa qalxdı və millət öz etirazını bildirdi”. Bu fikirləri SİA-ya millət vəkili Aydın Mirzəzadə bildirib.

O, söyləyib ki, 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı: “O vaxt bütün xalq bir yumruq kimi birləşdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi”.

Millət vəkili həmçinin qeyd edib ki, xalqın müqəddəs rəmzlərindən olan bayrağımızda 17 noyabr 1990-cı ilə qaldırıldı: “1990-cı il noyabrın 17-də  Ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı”.