Bu abituriyent 700 bal topladı – SİYAHI

Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini iyulun 20-də elan etmişdir. İmtahan nəticələri DİM-in saytında  yerləşdirilib.

XALQ.AZ xəbər verir ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 26332 abituriyentdən 873 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb. Bunlar aşağıdakı məktəblərin məzunlarıdır:

  1. Bakı şəhəri, 297 saylı orta məktəb
  2. 109 saylı orta məktəb
  3. 169 saylı orta məktəb
  4. 58 saylı orta məktəb
  5. Göyçay rayonu, Ləkçılpaq kənd 1 saylı orta məktəb
  6. Goranboy rayonu, Sarıkürd orta məktəbi
  7. Abşeron rayonu, Xırdalan şəhər 9 saylı orta məktəb
  8. Bakı Türk liseyi
  9. “Elitar” gimnaziya-İ.Əfəndiyev adına
  10. Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb
  11. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları.

IV ixtisas qrupu üzrə isə 4 abituriyent 700 bal toplayıb:

  1. Bakı şəhəri, 29 saylı orta məktəb,
  2. 192 saylı orta məktəb,
  3. “İntellekt” məktəb-liseyi,
  4. Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Lisey.