Bu gün Beynəlxalq Gənclər günüdür

Genc

Beynəlxalq gənclər günü 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda elan olunub. Elana görə hər il avqustun 12-nin dünyada Gənclər günü kimi qeyd olunması qərara alınıb.

XALQ.AZ-ın məlumatına görə, Azərbaycanda gənclərlə bağlı dövlətin siyasətini aparmaq üçün 1994-cü ildən Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir.

Rəsmi məlumata görə, hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının sayı 170-dən artıqdır.