Bu gün çox əlamətdar bir gündür

 

211

Ölkəmizin həyatında çox əlamətdar bir gündür, ona görə ki, Cənub Qaz Dəhlizinin təməli qoyulur”. SİA-nın xəbərinə görə, bunu  Prezident İlham Əliyev bu gün “Əsrin Müqaviləsi”nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində söyləyib.Bu gün “Əsrin Müqavilə”sinin də 20 illiyinin qeyd edildiyini xatırladan ölkə başçısı bildirib ki, məhz Ulu Öndər Heydər Əliyevin müdrikliyi, qətiyyəti nəticəsində bu müqavilə imzalanıb, Xəzər dənizində ilk dəfə beynəlxalq əməkdaşlıq başlanıb, Azərbaycan enerji resurslarını dünya bazarlarına çıxarmaq imkanı əldə edib. “Əsrin Müqaviləsi “20 ildir ki, icra edilir və böyük mənfəətlər gətirib”.

 

Prezident qeyd edib ki, BTC Xəzər dənizi ilə Qara dənizi birləşdirib, bu, tarixi naliyyətədir:”1996-cı ildə Şahdəniz qaz yatağı üzrə müqavilə bağlanıb, həmin müqavilə bu gün atdığımız addımın əsasını qoyub. 1999-cu ildə Bakı-Supsa neft kəməri tikilib, 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. Bu kəmər Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. 2007-ci ildə Bakı-Tbilis-Ərzurum qaz kəmərinin tikintisi tarixi hadisə idi. Ondan sonra Azərbaycan dünyada qaz ixracı üzrə yeni dövlət kimi tanınmağa başlandı. Ondan sonra biz bir neçə variant üzrə işləyirdik. 2012-ci ildə Trans Anadolu Qaz Kəmərinin (TANAP) tikintisi üzrə razılıq əldə edilib. Bundan sonra TANAP marşurutunun seçilməsi də tarixi hadisədir.  Keçən il isə qazın ixracı ilə bağlı müqavilələr imzalanıb. Artıq önümüzdə bütün üfüqlər açıqdır. Biz birlikdə Cənub Qaz Dəhlizinin tikilməsini təmin etməliyik. Bu gün görülən işlər əvvəllər görülən işlərin təməlidir. Bu gün Cənub Qaz Dəhlizinin təməli qoyulur”.

 

Bu layhənin Azərbaycan iqtisadiyyatına əlavə dvidentlər gətirəcəyini qeyd edən Prezident vurğulayıb ki, son illər Azərbaycanın büdcə xərcləri 20 dəfə artıb, işsizlik 5 faizdən aşabğı düşüb. Artıq Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə 38-ci yerdədir. TANAP layihəsində Azərbaycan əsas səhmdardır. Şahdəniz, TANAP və TAP-da Azərbaycan öz payını özü maliyyələşdirir. Bu layihənin icrasında uduzan tərəf olmayacaq. Bu layihə Avropanın enerji təchizatında mühüm rol oynayacaq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkədir və bu gündən sonra bu rol daha da artacaq. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetr, ehtimal olunan qaz ehtiyatlarının isə 4 trilyon kubmetrdir. Enerji təhlükəsizliyi, marşrutların şaxələndirilməsi, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyətinin uğur gətirəcəyinə əminəm. Bu günə qədər qaz və neft layihələrində Azərbaycan, Gürcüstan və Türkiyə iştirak edirdi. Bu gündən daha geniş əməkdaşlığa başlayırıq. İtaliya, Yunanıstan, Bolqarıstan, gələcəkdə Çernoqoriya və digər ölkələr bu layihəyə qoşula bilər. Neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Əminəm ki, komandamız qələbə qazanacaq. Yolumuz açıq olsun”.