Bu gün Milli Məclisdə 25 məsələ müzakirə ediləcək

XALQ,AZ xəbər verir ki, bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İik öncə iclasda Azərbaycan ilə Əfqanıstan arasında hava əlaqəsi və sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər təsdiq olunacaq.

Daha sonra iclasda Mülki Məcəlləyə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Kredit büroları haqqında”, “Bank olmayan kredit təşkilatlar haqqında”, “İcra haqqında”, “Tibbi sığorta haqqında” və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə, iclasın gündəliyinə 25 məsələ daxildir.

 

Elgün