Bu günkü plenar iclasda daha iki sənəd təsdiq edildi…

milli-meclis

Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan və Danimarka arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsini təsdiq edib. Qeyd edək ki, Konvensiya 2017-ci il fevralın 17-də imzalanıb. Konvensiya vergitutma üsulundan asılı olmayaraq, razılığa gələn dövlət və ya onun inzibati-ərazi bölmələri, yaxud yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə tutulan vergilərə tətbiq olunur. Gəlirlərə görə vergilərə gəlirin ümumi məbləğindən və ya onun elementlərindən, o cümlədən daşınan və daşınmaz əmlakın özgəninkiləşdirilməsindən əldə olunan gəlirlərdən, müəssisələrin ödədikləri əmək haqqı və ya maaşların ümumi məbləğindən tutulan bütün vergilər aiddir.

Konvensiyanın tətbiq edildiyi vergilərə Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, Danimarkada dövlətə ödənilən gəlir vergisi, bələdiyyələrə ödənilən gəlir vergisi daxildir.

Bundan başqa, plenar iclasda “Azərbaycan və Qətər arasında hava daşımalarına dair sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi də təsdiq edilib. Qeyd edək ki, Protokol 2017-ci il fevralın 27-də imzalanıb.


Comments are closed.