Bu ilin üç ayında Qəbələyə 62 min turist gəlib

Bu ilin yanvar-mart aylarında Qəbələ rayonuna 62 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

XALQ.AZ  xəbər verir ki, rayona böyük turist axınının olması səbəbindən bəzən Qəbələdəki 20 ədəd beş, dörd və üçulduzlu otelin hamısında otaqlar dolu olur.

Ötən il isə Qəbələyə 242 min 125 nəfər turist gəlib. Bunun da 101 min 650 nəfəri yerli, 140 min 160 nəfəri əcnəbi turistlər olub. Əsasən Rusiya, Türkiyə, Böyük Britaniya, İraq, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Pakistan və Misirdən gələnlər üstünlük təşkil edib.

 

 

Elgün