Bu işçilərin maaşı artdı-Siyahı

Azərbaycanda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 3 dəfə artırılıb.

XALQ.AZ xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarında dəyişiklik edib.

Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manatdan 6 manata qaldırılıb.