Bu məhsullar ucuzlaşdı

2018-ci ilin may ayında aprel ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,7 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,2 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,1 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ay ərzində balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri isə sabit qalıb.