Bu rayonlarda qaz olmayacaq (SİYAHI)

Qaz

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məhdudiyyət təmir işləri ilə bağlıdır.

Saat 14:00-dək Yevlax rayonunun bir hissəsinə, saat 17:00-dək İsmayıllı rayonunun bir hissəsinə, saat 18:00-dək Şəmkir, Qazax, Səbail, Sabunçu və Şamaxı rayonlarının bir hissəsinə, Balakən rayonu Balakənçayı ərazisindən keçən diametri 110 mm-lik polietilen qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi, Buzovna qəsəbəsi, Quşçuluq massivi adlanan ərazidə qaz tənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar işlər başa çatanadək Xəzər və Balakən rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.