Bu şəxslərin dövlət qulluğuna qəbul qaydası dəyişdi

Dövlət qulluğu haqqında qanun layihəsində dəyişiklik edilib.

XALQ.AZ xəbər verir ki, qanun layihəsi barədə məlumat verən millət vəkili Əli Hüseynli bildirib ki, bu dəyişiklik  icra hakimiyyəti orqanlarında çalışanlara aid edilir:

“Bildiyiniz kimi dövlət qulluğuna qəbul şərtlərinə görə dövlət qulluğunda çalışan şəxslər təkrar bu imtahanda iştirak edərək vəzifəyə qəbul edilirlər. Lakin bu bənd icra hakimiyyətlərində çalışanlara aid edilmirdi. Həmin şəxslər icra hakimiyyəti orqanı rəhbərinin qərarı ilə yalnız müsahibə yolu ilə vəzifəyə qəbul  edilirdi. Bu dəyişikliklərdən  sonra  yerli icra hakimiyyətində çalışan şəxs də dövlət qulluqçuları ilə eyni qaydada vəzifə tutacaq. Əvvəlki qayda  məsələdə bərabərlik hüququ pozurdu. Hesab edirəm ki, dövlət başçısı tərəfindən təklif edilən bu dəyişiklik həm ədalət prinsipini bərpa edir, həm də bərabərlik hüququnu təmin edir”.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.