Bu vəkillər pulsuz xidmət göstərəcək

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, Vəkillərin peşə bayramı günü münasibətilə iyulun 30-u saat 09:00-dan 18:00-dək vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.
Kollegiyadan XALQ.AZ-a verilən məlumata görə, həmin gün istənilən şəxs ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalana bilər.
Bakıda pulsuz hüquqi yardım göstəriləcək bəzi vəkil qurumları aşağıdakı ünvanlarda yerləşir:
1 saylı Vəkil Bürosu – Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 30
2 saylı Vəkil Bürosu – Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 172
3 saylı Vəkil Bürosu – Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 65B
4 saylı Vəkil Bürosu – Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi 48A
5 saylı Vəkil Bürosu – Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56C
6 saylı Vəkil Bürosu – Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi 16
7 saylı Vəkil Bürosu – Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 1
8 saylı Vəkil Bürosu – Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsi 3
9 saylı Vəkil Bürosu – Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küç 17
10 saylı Vəkil Bürosu – Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi 3
11 saylı Vəkil Bürosu – Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M. Qəmbərov küçəsi 11
12 saylı Vəkil Bürosu – Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 32
13 saylı Vəkil Bürosu – Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 9A
14 saylı Vəkil Bürosu – Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 24
15 saylı Vəkil Bürosu – Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi 12
16 saylı Vəkil Bürosu – Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 23
17 saylı Vəkil Bürosu – Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 2/11
18 saylı Vəkil Bürosu – Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 15

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.