Bu, XXI əsrin layihəsi olacaq“

 

112

“Heydər Əliyevin gələcəyə müdrik baxışı nəticəsində Azərbaycan Avropaya nəql edən ölkəyə çevrilib, mühüm layihələr imzalanıb”

 

Bunu bu gün “Əsrin Müqaviləsi”nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo videomüraciətində söyləyib.
Joze Manuel Barrozo deyib ki, Cənub Qaz Dəhlizi 5 il sonra bitdikdən sonra 2 min km uzunluğunda nəhəng bir dəhliz olacaq: “Bu, tək kəmər deyil, geostrateji bir layihə olacaq. Siz bizim enerji təhlükəsizliyimizə töhfə verirsiniz. Bu, XXI əsrin layihəsi olacaq. Azərbaycan prezidenti İlham Əliyevə xüsusi təşəkkür edirəm.
Avropa Birliyi Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək əzmindədir. Avropa Birliyi bu layihəni dəstəkləyəcək. Mən Azərbaycanın dostu olaraq bu layihəni yaxından izləyəcəyəm”. (apa)