Bütün Qafqazın Şeyxi Ağstafaya gedib

122

Hacı Allahşükür Paşazadə Ağsaqqallar Şurasının sədri Fətullah Heydərov və rayon ziyalıları ilə görüşüb

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və çox saylı qonaqlar qərb zonasında səfərdədir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, günorta saatlarında Ağstafaya gələn qonaqlar, əvvəlcə rayon mərkəzindəki Heydər Əliyev parkını gəzib, parkla yaxından tanış olublar. Bütün Qafqazın şeyxi və qonaqlar Heydər Əliyevin Ağstafada yerləşən abidəsini ziyarət edib, ruhuna dua oxuyublar. Daha sonra isə park ərazisində yaradılmış tarixi və müasir abidələr parkı ilə tanışlıq olub. Qonaqlara görülən işlər barəsində məlumat verilib.

Bundan sonra H.A.Paşazadə rayondakı “Yazıçılar evi”ndə olub. Orada Ağsaqqallar Şurasının sədri Fətullah Heydərov və rayon ziyalıları ilə görüşüb. Qonaqlar Ağstafada keçiriləcək Ağsaqqallar Şurasının iclasında işitrak edəcəklər. Ağstafa rayonundan sonra H.A.Paşazadənin Qazax rayonuna səfər edəcəyi nəzərdə tutulub.

123 124