Cəlilabadda Nazir vətəndaşları qəbul edəcək

celilabd

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cari ilin sentyabr ayının 6-da, saat 11:00-da Cəlilabad şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 242) Lənkəran şəhər, Cəlilabad, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Xalq.az nazirlikdən məlumat verilib.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin qeyd olunmuş şəhər(rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.