Cəlilabadda yarmarka

 

celilabd

24 dekabr 2016-cı il tarixdə Cəlilabad şəhər Heydər Əliyev Seyrangahının qarşısında  süni qiymət artımının qarşısının alınması məqsədi ilə Cəlilabad Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə ərzaq və kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilmişdir.Yarmarkada fermerlər tərəfindən 100 tondan çox müxtəlif növ yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb. Satışa çıxarılan un,çörək, düyü, şirniyyat, qoz, findıq, şabalıd, müxtəlif cərəzlər meyvə,kartof,soğan,pomidor,xiyar,tərəvəz,süd məhsulları, yumurta, balıq, cücə,ət,meyvə şirələri,kompontlar,arıçılıq məhsulları və s. məhsullar bazar qiymətlərindən 25-35% aşağı satılıb.Rayon sakinləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən məmnunluqlarını ifadə edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər və bu yarmarkaların ölkə rəhbərinin əhaliyə diqqət və qayğısı kimi qiymətləndirdilər.Ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütamadi olaraq davam etdiriləcəkdir.Yarmarka növbəti gündə davam edəcəkdir.

 

Scroll to top