Cəmilə Qaravəlli : “Məni erməni kimi tanıdanları məhkəməyə verəcəyəm”…

Картинки по запросу cəmilə qaravəlli

İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri Səttar Seviginin ailə həyatı qurduğu bildirilən və erməni qadın kimi təqdim edilən Gemma Garavelli azərbaycanlı imiş.

XALQ.AZ xəbər verir ki, bu barədə bakipost.az-a əsl ad və soyadı Cəmilə Qaravəlli olan xanım özü məlumat verib. O, saytla əlaqə saxlayaraq yayılan xəbərdə yalnışlıq olduğunu deyib və hazırda “Space” televiziyasında işlədiyini bildirib: “1997-ci ildən “Space”də işləyirəm. Hazırda da Xarici əlaqələr üzrə baş mütəxəssisəm. Bu xəbər mənim nüfuzuma zərbədir. Fotolarımı yayıblar və erməni olduğumu bildiriblər. Biabırçılıqdı. Haqqımda yalnış informasiya yayanları məhkəməyə verəcəyəm”.

C. Qaravəlli Səttar Sevgi ilə ailə həyatı qurduğunu təsdiqləyib.

Məlumat üçün bildirək ki, publika.az saytı “Azərbaycanlı diaspora rəhbərinin evləndiyi erməni qızı – FOTOLAR” başlıqlı yazı yayımlayıb. Yazıda “Space”in əməkdaşı olan Cəmilə Qaravəlli İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri Səttar Seviginin ailə qurduğu erməni qadın kimi təqdim edilib və fotoları tirajlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.