Cəbhədə faciə

 

4

Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

Azərbaycan Ordusunda silahlı insident olub.

Xalq.az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri Elnur Bəxtiyar oğlu Muradovun tabeliyindəki avtomat silahdan açılan atəş onun hərbçi yoldaşı, əsgər Vurğun Mayis oğlu Əliyevə dəyib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.