Cəbhədə gərginlik

 

48

 

Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıblar.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənilər Ağdamın işğal altında olan Bayramlar kəndindəki mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini ara-sıra atəşə tutublar.

Ağdamın Çıraqlı kəndi hazırda atəşə tutulur. Atışma zamanı avtomat silahlardan istifadə olunduğu bildirilir.

Ağır artilleriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb.

İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan yoxdur.

Bu dəqiqələrdə tərəflər arasında yenə də atışma gedir. Düşmən cavab atəşi ilə susdurulur.

 


Tovuzun Əlibəyli kəndində atışma gedir.

ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı Tovuz rayon Əlibəyli həkim məntəqəsinin həkimi Minayə İsmayılova verib.

Onun sözlərinə görə, atışma bir saat öncə başlayıb. Hazırda kənddə vəziyyət çox gərgindir.

Hər iki tərəfdən avtomat silahlardan atəş açıldığı bildirilir.

Qeyd edək ki, cəbhəyə ən yaxın kəndlərdən sayılan Əlibəyli daim düşmən hücumlarına məruz qalır.