Cəbhədə son vəziyyət

25

 

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi bir neçə dəfə pozulub.

XALQ.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Cəvahirli və Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.