Cəbhədən son xəbər

cabha

 

Mövqelərimiz atəşə tutulub.

Erməni silahlı bölmələri bu gecə bir neçə istiqamətdə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyindən XALQ.AZ-a verilən xəbərə görə, Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.