Cəbhədən son xəbər

 

17

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.