Cəlilabadda iclas

 

15 fevral 2017-ci il tarixdə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində 2016-ci ildə Cəlilabad rayonunun  sosial-iqtisadi inkişafının yekunları  və 2017-ci ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov  bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində 2016-cı ildə bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilmiş, nəzərdə tutulan layihələr reallaşmış, ölkəmiz  siyasi, iqtisadi və hərbi cəhətdən daha da güclənmiş və beynəlxalq imici yüksəlmişdir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 2017-ci il 10 yanvar tarixli iclasında və Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət  Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş 30 yanvar tarixli konfransda ölkəmizin 2016-cı ildə əldə etdiyi nailiyyətləri geniş təhlil еtmiş, qarşıda duran vəzifələri müəyyənləşdirmiş, nəzərdə tutulan tədbirlərin vaxtında icra edilməsi üçün konkret tapşırıqlar vermişdir.

2016-cı il bütövlükdə Azərbaycanda olduğu kimi, Cəlilabad rayonunda da sosial-iqtisadi inkişafın yeni mərhələsini təşkil etmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri genişlənmişdir.

Həmişə olduğu kimi, 2016-cı ildə də rayon icra hakimiyyətinin fəaliyyətində  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı  Dövlət Proqramı”nın icrası mühüm yer tutmuşdur. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmə dinamik inkişaf etmiş, kənd təsərrüfatı məhsulları istehsalı 2003-cü illə müqayisədə 2,4 dəfə artmışdır. Keçən il  rayon üzrə   248 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da 122 milyon manatı bitkiçiliyin, 126 min manatı isə heyvandarlığın payına düşür.

Ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti olan taxılçılıq rayonun aqrar sektorunun aparıcı sahəsini təşkil edərək əhalinin çörəyə tələbatını ödəməklə yanaşı heyvandarlığın yemlə təmin olunmasında da mühüm rol oynayır. Buna görə də torpağın şumlanmasından başlayaraq biçilən məhsulun daşınmasına qədər bütün proseslər ciddi nəzarətə götürülmüş, rayona  yeni texnikalar gətirilmiş, meliorasiya-irriqasiya işləri aparılmış və aqrotexniki tədbirlər optimal müddətdə başa çatdırılmışdır. Bütün bunalrın hesabına tarlalarda yüksək məhsuldarlığa nail olunmuş, zəmilər qısa müddət ərzində və heç bir itkiyə yol verilmədən biçilmişdir. Nəticədə, rayon üzrə 156,1 min ton buğda, 18,8 min ton arpa, 5,3 min ton vələmir istehsal edilmiş və rayon əhalisinin tələbatından da artıq məhsul tədarük olunmuşdur.

Bundan başqa, kənd əməkçiləri 3300 ton noxud, 586 ton mərci,103221 ton kartof, 1270 ton tərəvəz, 1067 ton qarğıdalı, 294 ton bostan məhsulları, 8520 ton üzüm, 348 ton şəkər çuğunduru,  810 ton çiyələk, 471 ton günəbaxan və 1409 ton meyvə istehsal etmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında  yaradılan “Avanqard” MMC-nin iri toxumçuluq təsərrüfatının ilkin fəaliyyəti gözlənilən səmərəni vermiş, 1060,0 hektar taxıl sahəsinin hər hektardan 35 sentner məhsul götürülərək 3710 ton keyfiyyətli məhsul istehsal olunmuşdur.

Eyni zamanda payızlıq əkin üçün zəruri aqrotexniki tədbirlər görülmüş, 14000 ton toxum fondu yaradılmış və 62889 hektar sahədə payızlıq əkin aparılmışdır. Həm əkin sahələrinin genişləndirilməsi, həm də zəmilərə aqrotexniki qaydada qulluq edilməsi cari ildə daha çox məhsul istehsal  olunacağına təminat verir.

Ölkə başçısının tapşırığına müvafiq olaraq  keçən il Sabirabad, Təzəkənd, Günəşli Qarazəncir, Əliqasımlı və Alar kəndlərinin ərazisində 426 hektar  pambıq əkilmiş, əlverişsiz hava şəraitinə baxmayaraq 794 ton yüksək keyfiyyətli məhsul toplanmışdır. Həmçinin baramaçılığın inkişaf etdirilməsi məqsədilə Təzəkənd kəndi ərazisində  1,0 hektar sahədə xaricdən gətirilmiş 10000 ədəd tut tingi əkilmişdir.  Bu il isə 500 hektar pambıq və 1000 hektar çuğundur əkməyi nəzərdə tutmuşuq. Bildiyiniz kimi, əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması   suvarma   suyu   ilə   təminatdan   bilavasitə   asılıdır. Bu məqsədlə 636 kubmetr kanal lildən təmizlənmiş, mövcud hidrotexniki qurğular və su nasosları əsaslı təmir olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində 28,2 min hektar əkin sahəsi suvarılmış, kənd əməkçiləri su qıtlığı ilə üzləşməmişlər.   Eyni zamanda bu il  Cəlilabad şəhərində, Üçtəpə və Təzəkənd kəndlərində 3 subartezian quyusunun qazılması planlaşdırılmışdır.Hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq almaq və buğda əkmək üçün 22496 nəfərə 5 milyon 435,6 min manat yardım edilmişdir. Bundan başqa,“Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçısına 70 faiz güzəştlə  2,9 min   ton azot, 1,5 min ton amafos və 926 ton digər torpaqaltı gübrələr satılmışdır. Dövlətin kənd əməkçilərini dəstəkməsi  aqrar bölmənin inkişafına  güclü təkan vermişdir.

Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıq da sürətlə inkişaf etmiş, naxırın cins tərkibinin yaxşılaşdırılması və epizootik xəstəliklərin qarşısının alınması istiqamətində görülən işlər məhsul istehsalına müsbət təsir göstərmişdir. Bunun nəticəsində şəxsi təsərrüfatlarda qaramalın sayı 99375 başa, davarların sayı 122962 başa, quşların sayı 624573 başa çatdırılmış, 22,9 min ton ət,   82,3 min ton süd və 41,3 milyon ədəd yumurta istehsal edilmişdir. Həmçinin, lizinq yolu ilə rayona 68 baş cins mal-qara gətirilmiş, 2262 baş inək süni mayalandırılmışdır. “Cəlilabad-broyler” ASC tərəfindən  5,7 min ton yüksək keyfiyyətli məhsulun istehsal olunması əhalinin quş ətinə təlabatının ödənilməsində mühüm rol oynamışdır.  Əhalinin artım tempi və əkinəyararlı torpaq sahələrinin məhdudluğu,   mövcud torpaqlardan səmərəli istifadə olunması və bu sahəyə nəzarətin gücləndirilməsi zərurətini yaratmışdır. Buna görə də ölkə başçısının tapşırığına əsasən örüş, biçənək və əkinəyararsız  torpaqların əkin dövriyyəsinə daxil edilməsi, onların təyinatının və kateqoriyasının dəyişdirilməsi üçün tədbirlər görürük. İlkin hesablamalara görə bu tədbir  hesabına 408 hektar torpaq sahəsində əlavə əkin aparılması reallaşacaq. Həmçinin meşə fonduna daxil olan 5455 hektar boş sahədə meşə salınması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırmışıq.

2016-cı ildə  aqrar bölmə ilə yanaşı sənayenin inkişafına da xüsusi önəm  verilmişdir. Keçən il sənayenin inkişafı artan dinamika ilə getmiş, ümumi məhsul buraxılışının həcmi 2003-cü ilə nisbətən 12 dəfə, 2015-ci ilə nisbətən isə  33,4 faiz artaraq 7,4 milyon manata çatmışdır. İstehsal olunan sənaye məhsulunun həcmi 2,1 milyon manat olmuşdur ki, bu da  2003-cü  ildəkindən 13,4 dəfə çoxdur.  Son illər istifadəyə verilmiş “Cəlilabad şərab-2” MMC-nin, “Kristal” MMC-nin, “Ruslan” mebel fabrikinin, “Avanqard” MMC-nin, “Dalğa-94” MMC-nin və başqa müəssisələrin istehsal etdikləri sənaye məhsullarına tələbat gündən-günə çoxalır.Hesabat ilində pərakəndə əmtəə dövriyyəsi 411 milyon, pullu xidmət                69,3 milyon, məişət xidməti isə 9,7 milyon  manat olmuşdur. 2015-ci ilə nisbətən pərakəndə əmtəə dövriyyəsi 1,1 faiz, pullu xidmət 60,2 faiz və əhaliyə göstərilən məişət xidməti 0,3 faiz artmışdır.

2016-cı ildə də rayonumuzda yenidənqurma və tikinti-abadlıq işləri davam etdirilmiş, tikinti işlərinin həcmi xeyli artmışdır. Əsas kapitala yönəldilən investisiyalar 103,5 milyon  manat olmuşdur ki, bu da 2003-cü ilə nisbətən 73,9 dəfə çoxdur. Tikinti-quraşdırma işlərinin həcmi isə 2003-cü illə müqayisədə   74,6 dəfə artaraq 97 milyon   manata çatmışdır.  Rayonumuz üçün xüsusi əhəmiyyət kəsb edən Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işinə gündəlik nəzarət edilməsi nəticəsində içməli su şəbəkəsi üzrə 98 faiz, su magistral xətti üzrə 97 faiz, kanalizasiya şəbəkəsi üzrə 94 faiz, kollektor xətti üzrə isə  94 faiz iş görülmüşdür. Eyni zamanda şəhərin 81 küçəsinə çınqıl, 3 küçəsinə isə  asfalt döşənmişdir.  Keçən il Cəlilabad şəhərində Heydər Əliyev Fondu hesabına hər biri 100 yerlik 3 uşaq bağçası-körpələr evi istifadəyə verilmiş,  İncilli kənd ümumi orta məktəbinin tikintisi başa çatdırılmışdır.  Həmçinin yarımçıq qalmış Cəlilabad-Soltankənd avtomobil yoluna,   Günəşli kəndinin isə bütün küçələrinə asfalt döşənmiş, kənd investisiya proqramı çərçivəsində Muğan, Komanlı, Şatırlı, Kövüzbulaq Üçtəpə, Kazımabad, Günəşli və Şiləvəngə kənd inzibati ərazi dairələrində kənddaxili yolların təmiri başa çatdırılmış, digər kənd yaşayış məntəqələrində isə 300 kilometrdən çox yola çınqıl tökülmüşdür. Həmçinin Cəlilabad şəhərindəki 10 çoxmərtəbəli yaşayış binası əsaslı təmir olunmuşdur,      Göytəpə şəhərində leysan yağışlar nəticəsində uçmuş 15 mənzilli yaşayış binasının sakinləri üçün fərdi yaşayış evlərinin inşası başa çatmaq üzrədir.Tikinti-abadlıq işləri ilə yanaşı yaşıllaşdırma tədbirləri də rayon icra hakimiyyətinin xüsusi diqqət mərkəzindədır. Keçən il rayonun yaşayış məntəqələrində, o cümlədən Ələt-Astara magistral yolunun kənarında müxtəlif növ 20500 ədəd ağac əkilmişdir.

Hesabat ilində sahibkarlara hərtərəfli kömək göstərilməsi və onların huquqlarının qorunması rayon icra hakimiyyətinin fəaliyyətində əsas yerlərdən birini tutmuşdur.Yaradılmış əlverişli şəraitdən istifadə edən hər bir sahibkar rayonun iqtisadi potensialının möhkəmləndirilməsinə öz töhfəsini verir, əhaliyə  ticarət, məişət və nəqliyyat xidməti göstərir. Rayon icra hakimiyyəti və bələdiyyələr sahibkarlıq fəaliyyəti üçün  torpaq sahəsi almaq və tikinti aparmaq barədə  hər bir müraciəti diqqətlə araşdırır və qanunamüvafiq qaydada həll edirlər. Bütün bunların nəticəsidir ki, 2016-cı ildə hər hansı bir qanun pozuntusu barədə sahibkarlar tərəfindən rayon icra hakimiyyətinin Apellyasiya Şurasına heç bir müraciət daxil olmamışdır.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi və idxalın azaldılması barədə ölkə başçısınımn çağrışına qoşulan sahibkarlarımız mövcud iqtisadi    potensialdan daha səmərəli istifadə olunması, emal və infrastruktur müəssisələrinin yaradılması üçün məqsədyöylü tədbirlər həyata keçirmişlər.   Belə ki,  Qarazəncir kəndində gündəlik istehsal gücü 450 kiloqram olan pendir sexi fəaliyyətə başlamış, Muğan kəndində gündə  5 ton  bitki yağı istehsal edən müəssisənin tikintisi tamamlanmış, Uzuntəpə kəndində 50,0 hektar ərazidə balıqçılıq təsərrüfatı yaradılmışdır. Hazırda Türkiyənin “Sutkar” Şirkəti tərəfindən südlük-ətlik istiqamətli 500-1000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin tikintisi davam etdirilir. Rayonda mərci, noxud və digər paxlalı bitkilərin istehsal müəssisəsinin tikintisi başa çatmaq üzrədir.  Göytəpə şəhərinin ərazisində isə çiyələk emalı müəssisəsinin yaradılması üçün Türkiyənin müvafiq şirkətləri ilə razılaşma əldə edilmişdir. Bütün bunlar ərzaq məhsulları istehsalının artırılmasına, yerli malların xarici bazarlara çıxarılmasına və yeni iş yerlərinin açılmasına əlverişli şərait yaradacaqdır.Rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları vasitəsilə müvafiq kreditlərin alınması da sahibkarlığın inkişafına güclü təkan vermişdir. Dünyada yaranmış maliyyə böhranı ilə əlaqədar kreditlərin azalmasına baxmayaraq 2016-cı ildə  4670 nəfərə 10 milyon 370 min manat məbləğində kredit verilmişdir. Bundan əlavə, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına  82 nəfərə 2 milyon 26 min manat  güzəştli kredit ayrılmışdır.Kreditin əsas hissəsi kənd təsərrüfatı ilə məşğul olan şəxslər tərəfindən götürülmüşdür.

Rayon icra hakimiyyətinin fəaliyyətində prioritet məsələlərdən biri olan  əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə  2016- cı ildə 1802 iş yeri açılmışdır ki, onun da 247-si daimidir. İlin əvvəlində keçirilən əmək yarmarkasında əhaliyə 731 vakant iş yeri təklif olunmuşdur. İş üçün müraciət edənlərdən 119 nəfər kommunal müəssisələri kombinatında, 319 nəfər Cəlilabad və Göytəpə şəhərlərində çoxmənzilli binaların təmirində, 208 nəfər rayon qaz istismarı xidmətində, 14 nəfər meliorasiya və su təsərrüfatı idarəsində, 32 nəfər meşə mühafizəsi və bərpası müəssisəsində, 8 nəfər rayon paylayıcı elektrik şəbəkəsində, 6 nəfər  dəmir yolunda, 25 nəfər rayonun sahibkarlıq strukturlarında işə qəbul edilmişlər.

Həmişə olduğu kimi,  keçən il də  məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi, 20 Yanvar və Çernobl əlillərinin sosial problemlərinə diqqətlə yanaşılmışdır.  Əlamətdar günlərdə 20 Yanvar və Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ilə görüş keçirilmiş, şəhidlər üçün ehsan verilmiş, əlillərə maddi yardım göstərilmişdir. Rayonda faktiki məskunlaşmış 132 ailənin  hamısı elektrik  enerjisi ilə, 96-sı təbii qazla və 41-i içməli su ilə təmin edilmiş, 54 ailənin icarəsinə ödənişsiz 39 hektar torpaq sahəsi ayrılmış, 62 məcburi köçkün isə daimi işlə təmin olunmuşdur. Daxili imkanlar hesabına imkansız və əlil olan Xanım Qənbərova üçün Cəlilabad şəhərində fərdi yaşayış evi tikilmiş,  bir çox əlilin və kimsəsizin evi əsaslı təmir  olunmuşdur.

Əhalinin elektrik enerjisi və təbii qazla təminatının yaxşılaşdırılması daim rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır. Il ərzində  Uzuntəpə kəndində yeni yarımstansiya tikilmiş, Cəlilabad şəhərində, Alar, Uzuntəpə, Seyidbazar, Qarazəncir və Suluçeşmə kəndlərində 17 yeni transformator quraşdırılmış, Göytəpə şəhərində, Qarazəncir, Uzuntəpə, Kazımabad, Maşlıq və Cəlayir kəndlərində 59 kilometr SİP kabel çəkilmişdir. Eyni zamanda  78 yararsız transformator əsaslı təmir olunmuş, 2215 ədəd  metal və dəmir-beton dayaq basdırılmış, 8000 metr yararsız naqil  dəyişdirilmiş, abonentlərə və büdcə təşkilatlarına 11349 ədəd yeni sayğac quraşdırılmış, 2000 ədəd qüsurlu sayğac yenisi ilə əvəz edilmiş, 9200 sayğac möhürlənmişdir. Şəbəkə üzrə elektrik enerjisi haqqının yığımı 75,2 faiz icra olunmuşdur ki, bu da keçən ilin eyni dövründəkindən 6,5 faiz çoxdur.

Keçən il Lənkəran regional qaz istismar idarəsinin Cəlilabad xidmət sahəsi tərəfindən Cəlilabad şəhərində 2750 və Göytəpə şəhərində 320 paqonmetr yeni  qaz kəməri çəkilmişdir.  Eyni zamanda Əliqasımlı, Komanlı, Həziabad, Ağdaş, Sərhədabad, Əliabad, Məşədivəlli, Maşlıq, Privolnoye, Hamarqışlaq və Soyuqbulaq  kəndlərinə təbii qaz verilişi bərpa olunmuş, daha 5000 ailə mavi yanacaqla təmin edilmişdir.

Ötən dövrdə rayon telekommunikasiya qovşağı tərəfindən 704 abonentə telefon xətti çəkilmiş, Göytəpə şəhər, Ləkin, Sabirabad, Uzuntəpə, Üçtəpə və Qarazəncir kənd EATS-lərində 58 ədəd reqlet yenisi ilə əvəz olunmuş, bir çox yararsız dirəklər dəyişdirilmişdir. Əhaliyə bank-maliyyə xidmətləri göstərmək üçün 16 poçt şöbəsində kompüter quraşdırılmış və solver sisteminə qoşulmuşdur. Hazırda telefon istifadəçilərinin sayı 7687, internet istifadəçilərinin sayı isə 3700 nəfərdir.

Hesabat ilində ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinə nəzarət gücləndirilmiş, yeni təhsil texnologiyalarının tətbiqinə diqqət artırılmış, müəllimlərin peşə hazırlığı ön plana çəkilmişdir. Hazırda ümumtəhsil məktəblərində 27615 şagird təhsil alır ki, bu da əvvəlki dərs ilindəkindən 212 şagird çoxdur. Rayon üzrə orta şagird sıxlığı 15,5, müəllim-şagird nisbəti isə 10,7-dir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik, bacarıq və vərdişlərinin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə 58 məktəbdə monitorinq aparmış, 26 məktəbdə isə nəzarət reydi keçirmişdir.   Buraxılış imtahanlarında IX sinif şagirdləri 48,5 faiz, XI sinif şagirdləri isə  44,1 faiz nəticə göstərmişlər.  Rayon üzrə 318 məzun ali məktəblərə qəbul olmuşdur ki, onun da 11-i 600-dən çox, 58-i isə 500-dən çox bal toplamışdır. Təhsil sahəsində qazandığı uğurlara görə Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Fərqanə Məmmədova “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Hazırda Azərbaycan Dövlət Pedaqoji Unversitetinin rayon filialında    4 ixtisas üzrə 356 tələbə təhsil alır.  2015-2016-cı tədris ilində  filialı bitirən 100 məzunun 16-sı Təhsil Nazirliyinin test sınaqlarından uğurla keçərək işlə təmin olunmuş və ümumtəhsil məktəblərində müəllim çatışmazlığının aradan qaldırılmasına öz töhfələrini vermişlər.

Ölkə başçısının tapşırığına əsasən rayon əhalisinin 86441 nəfəri tibbi müayinədən keçirilmişdir ki, onun da 14214 nəfəri uşaqdır.  Müayinə zamanı müxtəlif xəstəliklər aşkar edilən 9411 nəfərin bir qismi rayonda, digər qismi isə Bakı şəhərində ixtisaslı müalicəyə cəlb olunmuşlar. İl ərzində 21 həkim və 154 orta tibb işçisi ixtisasartırma kursuna göndərilmiş, 25 həkimə isə sertifikat verilmişdir. Cəlilabad müalicə-diaqnostika mərkəzi regionun tibb müəssisələri içərisində öz liderliyini 2016-cı ildə də qorumuş, tibbi personalın peşəkarlığı və əhaliyə nümunəvi  xidmət göstərilməsi ilə fərqlənmişdir.

2016- cı ildə Heydər Əliyev Mərkəzinin, uşaq incəsənət məktəbinin,    tarix-diyarşünaslıq  muzeyinin,  rəsm  qalereyasının və  digər mədəniyyət müəssisələrinin fəaliyyəti genişləndirilmiş, kitab fondunun və muzey eksponatlarının zənginləşdirilməsi üçün əlavə tədbirlər görülmüşdür.  Heydər Əliyev Mərkəzində mühüm ictimai-siyasi tədbirlərin keçirilməsi və gənc ailələrin nikahlarının bağlanması ənənə halını almışdır.  Daxili imkanlar hesabına qəzalı vəziyyətdə olan Cəlilabad şəhər 1 saylı klub və Novruzallı kənd kitabxanası üçün yeni binaların tikintisinə başlanılmışdır.

2016-cı il rayonun gəncləri üçün  də əlamətdar olmuşdur.  Gənclərimiz   öz potensialını gerçəkləşdirmək üçün daha geniş imkanlar əldə etmiş, rayonumuzun  iqtisadi və mədəni inkişafında mühüm rol oynamışlar. Bu sahədə gənc idmançıların xidməti xüsusi qeyd edilməlidir. Onlar olimpiya-idman kompleksinin, şahmat məktəbinin, mərkəzi stadionun və digər idman qurğularının imkanlarından səmərəli istifadə edərək uğurlu nəticələr qazanmışlar. Belə ki, 1 beynəlxalq turnirdə  5,11 respublika birinciliyində  74, 9 zona birinciliyində isə 185 idmançımız iştirak etmiş və layiqli yerlər tutmuşlar.  Sevindirici haldır ki, Moskva şəhərində keçirilən konfi-sando üzrə dünya çempionatında Yelkin Osmanov, bakı şəhərində keçirilən kimboksinq üzrə dünya çenpionatında Simran Əlizadə, San-Marino şəhərində keçirilən basketbol üzrə Avropa birinciliyində isə  Əkbər Məmmədov birinci yerlərə layiq görülmüşlər.

Hesabat ilində hüquq mühafizə orqanlarının əməyi nəticəsində cinayətkarlığa qarşı mübarizə aparılmış, ictimai asayişin qorunması və vətəndaşların hüquqlarının müdafiə ediləməsi üçün davamlı tədbirlər görülmüşdür. İl ərzində qeydə alınan  375 cinayət hadisəsindən  312-nin və ya 87,6 faizinin üstü açılmış, narkotik maddələrin satışına və istifadəsinə dair 31 fakt aşkar edilmiş, 33 kiloqram 526 qram narkotik maddə dövriyyədən çıxarılmışdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının daim diqqət mərkəzində saxlanılmışdir. Bununla əlaqədar əhalinin  maarifləndirilməsi məqsədilə ictimaiyyətlə mütəmadi ğörüşlər   keçirilmiş,  şəffaflıq və antikorrupsiya üzrə treninqlər təşkil edilmişdir.

Hesabat ilində yeniyetmələrin Böyük Vətən və Qarabağ müharibələri veteranları   ilə görüşlərinin keçirilməsi, valideynlərlə fərdi söhbətlərin aparılması Ordu sıralarına çağırışa  müsbət təsir göstərmişdir. Rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış  üzrə Dövlət Xidməti  rayon şöbəsinin  və digər əlaqədar təşkilatların apardıqları səmərəli iş hesabına 2016-cı ildə  1178 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir. Həmçinin dövlət orqanları, bələdiyyələr və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna 244,8 min vəsait köçürülmüşdür.

Hazırda rayonda 17 siyasi partiyanın yerli təşkilatı və 24 qeyri-hökumət təşkilatının nümayəndəliyi fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının gündən-günə artan  nüfuzu  fonunda digər partiyaların fəaliyyəti hiss edilmir. Qeyri-hökumət təşkilatları ictimai-siyasi tədbirlərdə fəal iştirak edir, rayonun sosial-iqtisadi inkişafına yönələn səmərəli təkliflər  irəli sürürlər. Bundan başqa rayon üzrə 102 məscid, 1 xristian və 1 yəhudi icması mövcuddur. Məscidlərin  3-ü Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmışdır.İl ərzində heç bir dini radikalizim, qanunazidd və neqativ faktlar aşkar edilməmiş, xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyətinə yol verilməmişdir. Bu sahədə “Multikulturalizim ili”ndə qazandığımız  uğurları “İslam həmrəyliyi ili”ndə daha da  genişləndirməliyik.

Rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri rayonun sosial-iqtisadi inkişafında və ictmai-siyasi tədbirlərin keçirilməsində mühüm rol oynamışlar.  İlin yekunları ilə bağlı nümayəndəliklərdə keçirilən hesabat yığıncaqlarında deyilən tənqidi qeydlər və irəli sürülən təkliflər   ümumiləşdirilərək,  tədbirlər planı hazırlanmış və onların icrasına müntəzəm nəzarət edilmişdir. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyəti başçısının Komanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lətifə Heydərova “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Qarşıda bizi daha məsul vəzifələr gözləyir   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin  2016-cı ilin  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dediyi kimi: “ ölkəmiz 2017- ci ildə uğurla inkişaf edəcək, bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişaf ilə bağlı çox önəmli addımlar atılacaq ”.  Ölkə başçısının bu inamı hamımızın məsuliyyət hissini yüksəltməli,  dövlətimizin  siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətlənmnəsi üçün bütün potensiallarımızın artırılmasına  təkan verməlidir.

Sonda rayon icra hakimiyyətinin başçısı bildirdi ki, rayonumuzun  ictimaiyyəti ölkə başçısının qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirmək və 2017-ci ildə daha böyük nailiyyətlər qazanmaq üçün bundan sonra da bütün qüvvələrini sərf edəcəklər.

Hesabat yığıncağında Milli Məclisin deputatı Mirkazım Kazımov, Malik Həsənov, Fəzail İbrahimli və Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov  çıxış edərək rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin, yeni yaradılan infrastrukturun  təqdirəlayiq olduğunu vurğulayaraq bunların ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin  parlaq nümunəsi olduğunu bildirdilər və qeyd etdilər ki, dünyada gedən iqtisadi böhranın təsiri post-neft dövrünü irəliyə çəkməklə müəyyən çətinliklər yaratsa da, cənab Prezidentin anti-böhran tədbirləri bu çətinlikləri lokallaşdırdığından ölkə vətəndaşları bu çətinliklərdən əziyyət çəkmirlər. Maaş və müavinətlərin artırılması, manatın məzənnəsinin sabit saxlanması, un və çörək məmulatlarının qiymətlərinin sabit saxlanması istiqamətində görülən tədbirlərin xalqın rifah halının yaxşılaşmasına xidmət etdiyini və bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirən natiqlər qarşıda duran vəzifələrlə bağlı bir sıra tövsiyələrini də yığıncaq iştirakçılarına çatdırdı.