Cəlilabadda iki yeni məktəb istifadəyə verildi

01

 

“Bilik Günü” Cəlilabad rayonunun iki təhsil müəssisəsi – şəhər 2 nömrəli və Sabirabad kənd tam orta məktəbləri üçün tikilmiş yeni məktəb binalarının istifadəyə verilməsi ilə əlamətdar olmuşdur.

Xalq.az xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq tikilmiş 630 və 480 şagird yerlik yeni məktəb binaları müasir avadanlıq və dərs ləvazimatları ilə təmin edilmişdir.
Hər iki məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimlərdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Mirkazım Kazımov, Malik Həsənov və ictimaiyyətin nümayəndələri rayonun təhsil işçilərini “Bilik Günü” münasibətilə təbrik etmiş, ölkəmizdə təhsilin inkişafına, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

02 03